KOMİKS OYUNMƏN — YENİ KİTAB

Ölkədə ilk Komiks uşaqlar üçün OYUNMƏN kitabı milli irsimiz olan “Milli Oyunlardan” bəhs edir.

Bununla milli irsimiz olan oyunların gələcək nəsillərə çatmasına, itməməsinə çalışdım. Ailə dəyərləri, qohumlarla birlikdə zaman keçirmək, qonaq getmək, oradakı insanlarla mehriban ünsiyyət qurmaq bizim milli-mənəvi dəyərlərimizdəndir. Rəqəmsallaşan dünyamızda uşaqların telefon, kompüter kimi vazsitələrdə oyunlar oynaması onları ətraf aləmdən, insanlardan qoparır. Bu isə ümumilikdə cəmiyyətdə tarazlığın pozulmasına səbəb olur. Bu kitabda qaydaları əyləncəli şəkildə komiksləşdirilmiş 31 müxtəlif oyun uşaqların fiziki, psixoloji, mənəvi sağlamlığına, sosiallaşma, diqqət əskikliyi, motorik bacarıq, hiss və duyğuların inkişafına da təsir edir. Eyni zamanda oyunlar dostlaşan, mübahisə zamanı vəziyyətdən çıxan, bir-birinə qarşılıqlı hörmət göstərən nəslin yetişməsinə səbəb olmaqla, uşaqlarda müsbət mənəvi keyfiyyətləri də artıracaq. Bu isə onların gələcək həyatında hər mühitdə qarşılaşdıqları insanlarla düzgün rəftar qurmalarına kömək edəcək.

OyunMən adlı bu kitabım dördüncü övladım olan Osmanın qəhrəmanlığı ilə yazılmış kitabdır. Komiksi yaradılan OyunMən də məhz Osmanı ifadə edir. Qeyd edim ki, daha öncə ilk övladım Həmzənin qəhrəmanı olduğu “Qorxmaz bir Macəra”, qızım Asyanın qəhrəmanı olduğu “40 Hekayə”, digər qızım Məryəmin qəhrəmanı olduğu “Marya işıltısı” əsərlərim var idi. Dörd övlad anası olaraq hər övladımın timsalında onların qəhrəmanlığı ilə kitab yazdım. Öz övladlarıma arzuladığım xoşbəxt həyatı cəmiyyətdə bütün uşaqlara arzuladım.

Müəllif Çinarə Köçərli

setcookie('viewedProd[' . $post->ID . ']', $post->ID, time()+3600);