TƏSVİRİ
Bu iş dəftəri- Bir ilkdir! Ərəb dilində rahat şəkildə danışıq qaydasını, ünsiyyət qurmağı mükəmməl şəkildə öyrədən «Ərəb Dili 2» dərsliyində olan bütün tapşırıqları işləmək üçün yazı şəklində tapşırıqlardan ibarətdir. Hər dərsində ərəb dilinin qrammatikası, yeni sözlər, cümlə qurmaq qaydasına aid tapşırıqlar verilmişdir ki, yazdıqca öyrənilənlər möhkəmlənsin. Hər dərs ayrı-ayrı mövzulardan ibarət olmaqla gündəlik həyatımızda istifadə etdiyimiz sözlər, cümlələri yazdıraraq işlətməklə öyrədir. Hər tapşırığın özünə məxususi çəkilmiş şəkilləri vardır. Hər qrammatika aid mətnlər yazdırılır, test şəklində verilmiş tapşırıqlarla mövzular praktiki olaraq öyrədilir. Kitabdakı dərsləri öyrtəndikcə, İş dəftərini də işləyən kəs ərəb dili qrammatikasından(əvəzliklər-işarə, sual, şəxs, birləşən əvəzliklər, zərflər,söz önləri, söz birləşmələri, isimlərin növlərini-cəm halı, ikilik bildirənlər, saylar qaydasını, rənglər qaydasını və rənglərin cəmini, hal şəkilçilərini, isimlərin qadın və kişi cinsini və digər qrammatika qaydalarına mükəmməl yiyələnəcəkdir. Müxtəlif mövzulu ərəbcə mətnləri yazıb, işlədikcə həm tərcümə etib yazmağı, həm də onları danışmağı öyrənəcəkdir. Beləliklə, qrammatika və sözləri mənimsəyib ərəb dilində rahat ünsiyyət quracaq, mətnlər qurub, yazacaqlar. Yazdıqları dialoqlar vasitəsilə ərəb dilində ünsiyyət qurmağı bacaracaqdır. Kitabdakı mövzular- Tanışlıq, Məktəb ləvazimatları, Sinif, Ailə, Peşələr, Alətlər, Bədən üzvləri, Rəqəmlər, Meyvələr, Tərəvəzlər, Rənglər, Ev əşyaları, Ərzaqlar, Qab-qacaqlar, Geyimlər, Heyvanlar, Fəsillər, Dövlətlər. və.s -dir. Hər dərs 30 dan çox tapşırıqdan ibarət olmaqla, hər tapşırığın şərti həm azərbaycan, həm də ərəb dilində verilmişdir. Odur ki , iş dəftəri həm, azərbaycan, həm ərəb dilli müəssisələr üçün nəzərdə tutulub. Qeyd: Bu İş Dəftərinin «Ərəb dili 1» adlı 1-ci sinif dəftəri vardır. Orada ərəb dilinin fonetikasının yazılışı öyrədilir. «Ərəb dili 2» adlı bu İş Dəftəri isə ərəb dilinin qrammatikasından- morfologiya və digər sahələrə aid qaydaları yazı şəklində tapşırıqlarla mənimsədilib öyrədilir. İş Dəftəri ərəb dilində yazmağı, mətnlət qurmağı, danışmağı öyrənmək istəyən hər bir yaş qrupu üçün keçərlidir. 148 səh, rəngli, şəkilli, nəfis tərtibatlı kitab.