TƏSVİRİ
Bu kitab atalarda öz övladlarına nağıl oxuma vərdişini yaratmaq məqsədi daşıyır. Xüsusən, oğlan uşaqlarının gələcək
həyatlarında özgüvənli olmaları üçün ata ilə bağlarının möhkəm qurulması mühümdür. Atanı özünə model seçən oğlan
uşaqları yeniyetmə vaxtlarında daha özgüvənli, cəsartəli və sosiallaşa bilən olurlar. Kitabdakı nağılın sədaqətdən və heyvana
olan mərhəmətdən bəhs etməsi uşaqlarda bu müsbət-mənəvi keyfiyyətlərin təməlinin qoyulmasına xidmət edir.
Sadə dildə yazılmış və maraqlı illüstrasiyalarla müşayiət olunan nağıl uşaqlara vəfalı olmağı asan və əyləncəli şəkildə
öyrədəcəkdir. Mövzuya uyğun yazılmış ayə və hədislər kitabı daha da faydalı edir.
Müəllif: Gülnar Abdulla