TƏSVİRİ
120 SƏH. Rəngli, şəkilli, nəfis tərtibat
Valideynlər övladlarının ilk müəllimidir. Bu səbəblə ana və atanın övladlarının təlim və təhsil prosesində müəllimlə birlikdə iştirakı vacibdir. Ev şəraitində uşaqla məşğul olmaq və onu yeni bacarıqlara yiyələndirmək
üçün valideyn məlumatlı olmalıdır. Əlinizdə tutduğunuz bu kitab Tara Delaninın sistemi üzərində qurulub. Bu kitab vasitəsilə ən primitiv vəasan oyunlardan istifadə edərək övladınızın inkişafında müsbət nəticə
əldə etməyə nail olacaqsınız. Müəllif : Lalə İsmayılova
Dosent-doktor Barış Ekici — Uşaq Nevrologiyası Uzmanı Bu Kitab barədə deyir:
Ev şəraitində oyun sayəsində nail olunan dəyişikliklərin autizmli uşaqlarda qalıcı vərdişlərə səbəb olduğunu bir çox xəstəmdə müşahidə etmişəm. Oyun uşaqla ünsiyyət qurmaq üçün ən təsirli üsuldur. Oyun uşağın sosial inkişafını təmin etməklə bərabər, ona öyrənmək üçün əvəzsiz fürsətlər yaradır. Ana və atanın maariflənməsi və müalicə prosesində aktiv iştirakının daha uğurlu nəticələrəldə etməyə səbəb olduğu bir çoxlarına məlumdur. Autizmli uşaqların müalicəsində iştirak da oyun vasitəsilə həyata keçirilir. Müasir dövrdə valideynlər uşaqları ilə daha az oyun oynamaqdadır. Şəhər
mühitində tənha qalan uşaqlarda isə autizmə daha çox rast gəlinir. Ana-atalar üçün bələdçi olan kitabların demək olar ki, hamısı ingiliscədir. Lalə İsmayılovanın qələmə aldığı kitabın bu sahədə mühüm bir boşluğu dolduracağına inanıram. Sadə bir dillə izah edilən oyunları evdə oynadıqca uşağınızın aləminə girmək şansı əldə edəcəksiniz. Reabilitasiyanı uşağın bütün həyatına yansıdaraq autizmə qalib gələcəksiniz. Bu kitabı bütün valideynlərə tövsiyyə edirəm.