Təhsil və Milli — mənəvi dəyərlər insanın həyatında ən mühüm iki sütündur ki , birini o birindən ayrı təsəvvür etmək mümkün deyildir. Mill — mənəvi dəyərləri özündə inkişaf etdirməmiş birinin elm və təhsildə uğurlara çatsa da ətrafındakılar, cəmiyyət, bütövlükdə vətəni üçün faydasının naqis olacağını düşünürəm.
Biz iqtisadiyyatda məhsulun marka dəyəri, biznes dəyəri kimi terminləri indiki dövrdə tez- tez işlədirik. Hətta sosiallaşan mühitdə şəxsi brendiq, insanın şəxsi dəyəri, marka dəyərindən tez — tez danışırıq. Hansı ki, bu dəyər nə şirkətdə, nə də şəxsiyyətdə pul və aktivlərlə ölçülmür. İnsanı dəyərli edən onun cəmiyyətə dəyər qatmasıdır ki, bu elə onun psixoloji durumunu, nəhayətində ətrafındakıların psixoloji durumunu müəyyən edir. Şəxsi keyfiyyətləri , müsbət mənəvi keyfiyyətləri yerində olmayan biri güvən yaratmlr, izləyicisini də , tələbəsini də, pasientini də , müştərisini də itirmiş olur. hər bir biznesin strategiyasını onun qarşısına qoyduğu hədəf müəyyən etdiyi, özünü sloqanında göstərdiyi kimi elə insanın da həyatının sonuna kimi yaşama strategiyasını məqsədləri , əqidəsi, missiyası, hansı dəyərlər uğrunda irəliləməsi göstərir.
İndi isə məsləyə qarşısına cəmiyyətə faydalı insan qazandırmaq üçün, mənəviyyatı sağlam, kökünə bağlı uşaqlar yetişdirmək üçün kitablar nəşr edən , sloqanı ”Sağlam ting saf meyvə” olan bir nəşriyyatın- Ting nəşriyyatının direktoru kimi münasibət bildirmək istərdim. Deyə bilərəm ki, cəmiyyətə savadlı təhsilli həkim, müəllim, mühəndislər veririksə, bununla yanaşı təhsil qədər hətta ondan da üstün, mərhəmət, dürüstlük, ədalət kimi müsbət keyfiyyətləri əlavə etməmişiksə onların cəmiyyətə faydalılığı natamamdır. Elə bu mövzuda üstün hesab etdiyim iki əsərim «44 gün Qarabağda» uşaqlar üçün hekayələr və «Şuşa fəthi» kitabımdan danışaraq deyə bilərəm ki, zəfər tariximizi də məhz milli — mənəvi dəyərlərimizi əsas tutaraq qazandıq. Strategiyamızı Ali baş komandanın dediyi kimi haqq savaşı üzərində qurub, haqlı olduğumuz üçün qazandıq. Vətən savaşı boyunca həm türk soylarımızdan gələn davranışları, həm də islam dəyərlərini əsas tutaraq əli silahsıza zərər vermədik, qadınlara, uşaqlara toxunmadıq, əsirlərə məhz mənəvi dəyərlərimizə uyğun rəftar etdik. Heyvana, ağaca, daşa da ədalətli davrandıq. Türk qardaşlığını daima vurğulayaraq köklərimizə bağlılığın önə çəkdik.
Bu gün təhsildə yüksək nəticə verərək xaricə yollanan yeniyetmələrin valideynləri övladları geri dönərkən valideyninə, qohumlarına, qonşularına olan rəftarını dəyişməyindən qorxmayacağı bir təhsil istəyirlər. Övladlarının aldığı təhsilin yüksək səviyyədə olduğuna güvəndikləri qədər, aldığı mənəviyyat dərsinin də o qədər keyfiyyətli olduğuna güvənmək istəyirlər. İstəyirlər ki, övladları dostunu doğru seçsin, dürüst olduğu üçün cəsarətli ola bilsin, yalandan uzaq olduğu üçün başı yuxarı gəzə bilsin, ədalətli olduğu üçün sevilsin, mərhəmətli olduğu üçün yaxşı insanlara rast gəlsin. İstəyirlər ki, təhsil həyatında dərsliklərdən mənəviyyatı öyrənən övladları məktəbdən ayrılandan sonra da o dəyərləri özündə qoruya bilsinlər.
Sonda … Uşaqlar valideynlərinin, tələbələr müəllimlərinin, mütəxəssislər müdirlərinin və dostlarının dediklərini yox əməllərini təkrarlayırlar. Biz valideyn olaraq, müəllim olaraq, müdir olaraq, dost olaraq müsbət mənəvi keyfiyyətlərimizin üzərində işləyib, milli — mənəvi dəyərlərimizi qoruyaq ki, ardımızca gələnləri cəmiyyətə faydalı insan olaraq qazandırmış olaq!
Çinarə Köçərli («Təhsildə Sən» forumundakı çıxışından)