Bu kitabda Qurani-Kərimin xoşbəxtliyimiz üçün yön verən ən önəmli qaydalarını ayələrlə, həmin ayələri izah edən səhih hədislərlə, ibrətli hekayələrlə insanlara çatdırmağa çalışdıq. Dünya psixoloqlarının araşdırmalarının, insanın rahat yaşaması üçün psixologiyada yer alan qaydaların bu qaydalara uyğunlaşdırıldığını nəzərinizə çatdırdıq. Qurani-Kərimin
ayələrini bir kitab kimi oxumağın yetərli olmadığını, həm də onları psixoloji istiqamətləndirici kimi həyatımıza tətbiq etməyin daxili rahatlığımıza müsbət təsirini göstərdik. Unutmayaq ki, psixoloji rahatlıq sadəcə texnikalarla deyil,
dərin inanc və düzgün niyyətlə tamamlanır. İnsanı ən yaxşı tanıyan Yaradan, onun ruhuna uyğun qaydaları Qurani-Kərimdə açıq-aşkar təqdim etmişdir. Əgər bu qaydaları doğru anlayıb psixoloji yanaşmalarla düzgün birləşdirəriksə həyatımıza yeni nəfəs gələr və yaxşıya doğru dəyişər!
Ting nəşriyyatı, 284 səhifə

