“TİNG.AZ” haqqında
2022- ci ildə qurulan “Ting” nəşriyyatı bu müddət ərzində kitabçılıq sahəsində öz böyük töhfəsini vermiş, oxucuların sevimli nəşriyyatına çevrilmişdir. Müxtəlif dillərdən dilimizə nöqsansız tərcümə edilib, yüksək keyfiyyətlə çap edilən kitabları ilə böyük rəğbət qazanmışdır. Milli — mənəvi dəyərlərin və psixoloji durumun insana, bütövlükdə cəmiyyətə əhəmiyyətli təsir etdiyini nəzərə almaqla “Ting” nəşriyyatı öz nəşlərini bu keyfiyyətlər üzrə mövqeləndirmişdir. Uşaqlar üçün vətənpərvərlik, türkçülük, islam dəyərləri, uşaq psixologiyası üzrə nəşrlərə sahib olan ölkə üzrə alternativsiz nəşriyyata çevrilmişdir. Qısa müddət ərzində 60 müxtəlif növ kitabı böyük tirajlarla çap etmişdir. Kitablarında keyfiyyət, yüksək tərtibata önəm verən nəşriyyat qonaq gedən insanların “ən gözəl hədiyyəsi”nə çevrilmişdir. Kitablarının rus, ingilis, ərəb dilinə tərcümə edilməsi, hər kitab üçün çəkilən reklam çarxları, bəzi hekayələr çəkilmiş qısametrajlı filmlər, bəzi nağıllara çəkilmiş cizgi filmləri, kitablarda yerləşdirilən QR kodlarla səsləndirilmə nəşriyyatın kitablarını daha da faydalı və maraqlı edir.
Yerli müəlliflərin çoxsaylı kitablarını nəfis tərtibatda, yüksək redaktə və korrektə nəzərə alınaraq, ən son dizayn və illüstrasiyalarla çap edən nəşriyyat bununla kifayətlənmir, həm də müəlliflərin kitab satışında da böyük dəstəkçi olur. Daima yerli və xarici sərgilərə qatılmaqla, B2B korporativ satışlar etməklə, məktəblərdə, bağçalarda, kitabxanalarda oxucularla müəllifləri görüşdürməklə, sosial mediada böyük aktivlik nümayiş etdirməklə, daima Radio və Televiziya efirlərində kitabları təqdim etməklə buna nail olur. Şəhərin ən böyük mağazalarında sərgilənən kitabları oxucular tərəfindən rəğbətlə qarşılanır.
Sağlam Ting, Saf Meyvədir! Öyrənən Uşaq, Faydalı İnsandır! şüarı ilə fəaliyyətinə başlayan “Ting nəşriyyatı” eyni məqsədə yönəlmişdir. Həm uşaqların sevimlisi olan kitablar, həm müəllifin hekayələrinə çəkilmiş filmlər, cizgi filmləri ilə, interaktiv hazırlanmış elm öyrədən oyunlarla “Ting.az” uşaqları yormadan, maraqlı şəkildə öyrətməyə xidmət edir. Nəşrlərimiz öz sloqanı ilə o kəslərə mövqelənib ki, evində həm uşaq, həm yeniyetmə böyüdən valideynlər onların yalnız yaxşı həkim, müəllim, mühəndis olmasına deyil, cəmiyyət üçün faydalı, mərhəmətli, yüksək əxlaqi keyfiyyətə malik biri kimi atılmasına çalışırlar.
44 Gün Qarabağda — 3 cildlik kitab ölkə kitabçılığına ən böyük Vətənpərvətlik töhfəsidir!- həm Mədəniyyət Nazirliyi tərəfindən «Şuşa medalı» alan, həm Təhsil Nazirliyi tərəfindən məktəb dərsliklərinə (8-ci sini Ana dili) daxil edilmiş,həm müəllifi AYB tərəfindən Prezident Təqaüdçüsü olmuşdur.
Türk müəllifi UfukTufanın «Quruluş Osman»,»Ərtoğru bə Qayılar»,Dədə Qorqud seriyalarının tərcüməsi — Türkçülük, kökümüzə bağlılıq baxımından mühüm töhfədir!
Muhamməd Peyğəmbər, Peyğəmbərlər, Əsmaül Hüsna əsərləri İslami dəyərlər üçün mühüm töhfədir.
«Autizm ev şəraitində təlim», «Yatmaq istəməyən Dovşan» (7 terapevtik nağıl), «Marya İşıltısı» həşərat fobiyasından xilas edən nağıl, «Möcüzələr diyarı»psixoloji nağıl,»Buludların üstündə» motivasiyaedici nağıl psixologiya sahəsində mühüm töhfədir.
Vikipediyada «Ting.az» haqqında oxu: Link

ÇİNARƏ KÖÇƏRLİ
“Ərəb dili” kitabları üzrə müəllif olan Çinarə Köçərli “Ərəb dilinin” uşaqlara rahatlıqla öyrədilməsini müxətlif videolarla çatdıracaqdır. Yalnız elmin uşaqlara kifayət etmədiyini nəzərə alaraq Əxlaq və Tərbiyəyə yönələn məlumatlar da uşaqlara əyləncəli şəkildə ötürüləcəkdir.
Valideynlərin Çinarə Köçərlinin kitabları haqqında geniş məlumatı alması və sifariş etməsi burada mümkündür. Valideynlərin rəylərini, irad və təkliflərini dinləmək, suallarına cavab vermək də bizimlə mümkündür. Uşaq psixologiyası üzrə xüsusi təlimlər almış Çinarə Köçərlinin tövsiyələrini həm onun çıxışlarından, həm də məqalələrindən almaq mümkündür.
Savadlı kadrlardan ibarət olan Komandamız gələcəyə hazır olan, lakin kökünə bağlı olan uşaqları yetişdirməyi hədəfə almışdır! Uşaqların elm qazandıqca yorulmayıb, əksinə dincəlmələrinə nail olmağı hədəfə almışdır! Uşaqlarınızı bizə etibar edə bilməniz üçün şüarımızı xatırlayaq: Sağlam Ting, Saf Meyvə!, Öyrənən Uşaq, Faydalı İnsan!