TƏSVİRİ
Sizə təqdim etdiyimiz bu kitabda Şuşa şəhərinin azad edilməsi uğrunda döyüşmüş igidlərimizin
qəhrəmanlıqları haqqında onların öz övladlarının, qardaşı və ya bacısı övladlarının söylədikləri
hekayə şəklində yazılmışdır. Şuşanın fəth edilməsinə səbəb olan fatehlərin başına gələnlər
uşaqların dili ilə anladılmışdır. Hekayələrin mövzusu real hadisələrə əsaslanmaqla Vətən
müharibəsi zamanı Şuşanın azad edilməsinə qədər gedilən yolda və şəhərə daxil olduqdan sonra
baş verən hadisələr dəqiq məlumatlar toplanmaqla yazılmışdır. Hekayələr rəngli illüstrasiyalarla
müşayiət olunur. Hər bir illüstrasiyada həm qəhrəmanlar haqqında xatirələrini bölüşən uşaqlar,
həm də haqqında danışılan igid şəhid və qazilərimizin real təsviri verilmişdir. İgidlərimizin
istifadə etdiyi hərbi silahlar ,texnikalar, Şuşa şəhərinə aparan tarixi ərazilər, şəhərdəki tarixi
məkanlar olduğu kimi təsvir edilmişdir. Kitabda həçminin ayrıca olaraq hərbiçilərimizin təltif
edildiyi medallar, döyüşdə istifadə edilən hərbi texnikalar haqqında geniş məlumatlar və onların
təsvirləri geniş yer almış, eləcə də, Qarabağ torpaqlarının işğal və azad olunma tarixləri qeyd
edilmişdir.
3 cildlik nəzərdə tutulan “44 Gün Qarabağda” kitabının 1 ci cildi 16 hekayədən ibarətdir, 2-ci
cildi yalnız “Şuşa fəthi”nə aid olmaqla 13 hekayədən, 3 cü cildi isə 15 hekayə olmaqla 44
hekayədən ibarətdir. 112 səh. Şəkilli, Rəngli, Qalın üz qabığı, Nəfis tərtibat. Müəllif : Çinarə Köçərli