Ailədəki bağlılıq müəyyən hörmət səviyyəsinə gəlib çıxmayıbsa uşaqlara edilən tərbiyə də yarımçıq qalır. Uşaqların 3 valideyni vardır. Ata, ana, ana və ata münasibəti. Sağlam evlilik ortamı yoxdursa bu ailədəki uşaq tərbiyəsi təməli olmayan binaya gözəl pəncərə qoymaq kimi bir şeydir.
Ailədə bağların möhkəmlənməsinə mane olan nə varsa onu götürmək lazımdır aradan. Texnoloji asılılıq kimi. Bu təkcə atalarda deyil analarda da vardır. Təssüf ki, öz uşaqları ilə oyun oynamaqdansa başqa bir bloger ananın öz uşaqları ilə oynamaq videosunu saatlarla izləyən analar vardır. Həyat yoldaşı ilə çay içərək söhbətləşməkdən həzz almaqdansa saatlarla film, futbol oynunu böyük zövqlə seyr edən atalar vardır. Ayda ildə bir dəfə gəzintiyə övladını aparıb anı yaşamaqdansa saysız hesabsız fotolar çəkən analar vardır.
Əziz valideynlər övladınız doğularkən onların geyimi qidası ilə necə maraqlanıb ən yaxşını araşdırısınızsa böyüdükcə öz yaşına uyun psixologiyasını da araşdırın kitablar oxuyun özünüzü maarifləndirin . Uşaqlara münasibəti dəyişin. Eləcə də uşaqlara təsir gücü olan digər böyüklər də. Nənə baba müəllimlər və s. Onların ruhunu möhkəm etmək üçün Yaradana sevgi aşılayın onlara yaradılış həqiqətini izah edin. Böyüyüb öz ayaqlarında dura bilmələri üçün öz işlərini özləri görməsinə imkan verin. Bir şey istədikdə dərhal qarşılarında hazır etməyin. Bir şeylər müqabilində verin. Qoyun səbri öyrənsinlər. Mücadələni öyrənsinlər. Bir şeylərə çatmaq üçün nəsə etməli olduqlarını dərk etsinlər. Bir dəfə də nəyəsə çatmasınlar. Və bir arzuya çatmadan da yaşamağın mümkün oluduğunu öyrənsinlər. Allaha dua etməyi öyrənsinlər. Hər şeyi atam anam edə bilməz onların da asılı olduğu, qarşısında aciz olduğu Qüvvə vardır. Mən də o Qüvvəyə yönəlməliyəm öyrənsinlər. İnsanların pulu malı gücü çox olsa da bir gün aciz ola biləcəklərini dərk etsinlər, beləcə özləri aciz duuruma düşdükdə bunu normal qəbul etsinlər. Və ya onları aciz edən birini gözlərində həddən artıq böyüdüb əzilməsinlər.
Övladlarınızı dinləməyi bacarın! Sərhədləri aça bildiyiniz qədər açın. Bu hörmətin itməsi deyil. Mümkün qədər yaxına buraxın uşaqları . Dost ola bilin. Başqası onları səhv yönəltməmiş özləri sizə fikirlərini bölüşsünlər siz yönəldin. Maariflənin həm uşaqlarınız psixologiyasını öyrənməklə, həm də ali inanclara bağlayıb iradələrini möhkəmləndirməklə. İndiyə qədər olanlar oldu, bundan sonrakı nəsillər bizim əlimizdədir!
Sağlam tinglər əkək, saf meyvə yetişdirək. Uşaqları sıxmadan sərbəstlik verək, amma biraz özümüzü əziyyətə salıb nəzarəti gücləndirək. Dostlarına , nəyə baxdığına, nə oxuduğuna, nədən təsirləndiyinə nəzarət edək. Kimsə onun qəlb dostu olmamış Əsl dostu Alalhı tanıdaq. Özümüz onlara dost olaq.
Bu dünyada oturmağın ayaqda durmağa, uzanmağın oturmağa görə rahat olduğunu başa salaq. Başımıza gələn bir şeylər olduqda özümüzü dəyişməkdən başlamamız gərəkdiyini öyrədək. Asan həyat arzu etməməyi, güclü insan olmağı arzu etməyi öyrədək. Qorxularımızdan xilas olmaq istəyiriksə , həyatda ən çox qorxduğumuz şeyin bir gün başımıza gələcəyini qəbul etməyi öyrədək.
Ağlı başında və dəstəksiz ayaq üstə dura bilən insanın dünyada ən zəngin insan olduğunu anlataq.