Tətil həyatımızın bir reallığıdır . İşləyən valideynlər kimi uşaqların da dərs ili ərzində həftəlik tətilləri vardır. Başlamış olan yay tətili isə bunlardan ən uzunudur. Tətil təhsilə ara verilməsi mənasına gələn bir zaman kəsimidir? Yoxsa tətil məktəbdə təhsili bitirsək də yeni fərqli bir təhsilə başlama dönəmimidir? Bütün ailənin bir araya gəlməsinə imkan verən tətil dönəmi sevgi və nəşə dolu bambaşqa bir təhsilə imkan verə bilər. Bütün bunlar üçün valdieynlərin bilməsi gərəkənlər vardır.
Tətil kəlmə olara bizə rahatlatmağa yetər . Tətil deyərkən nəhayət ki, işdən gücdən məktəbdən dərsdən canımızı qurtardıq deyə sevinclə söyləməyimiz gəlir. Bəzən bizlər tətildən gəzintilər, xəyallarımızı bəzəyən əyləncələr , ziyarətləri düşünərkən bəzən bunları gerçəkləşdirə bilmirik, tətildən yetərincə istifadə edə bilmirik. Bəzən bizlər işlərdən yorularkən tətili gözlədiymiz halda tətildən bezərək bu bir bitsə işimin başına qayıtsam deyə düşünərik. Uşaqların da tətildən böyük gözləntiləri olduğu halda çox zaman darıxdıqları tətil günlərində kefsiz görünərlər. Uşaqlar bir il boyunca dərs həyatının verdiyi stres, yorğunluğu biraz da olsa uzaqlaşmaq üçün xəyallar qurduğu halda bəzən validyenlər “Unutma bu il sənin üçün həlledici ildir. Gərək dərslərindən uzaqlaşmayasan” deyərlər. Və ya əgər zəif qiymətlərlə başa vurmuşsa uşaq dərs ilini o fənn üzrə bütün tətil boyu oxyub zəifliyi dolduracaqsan söyləyərlər. Bu onların tətil kefinin dadını qaçırmağa ilk addım olar.
Psixoloiji baxımdan tətilə – bir başqasının proqramından çıxıb insanın öz qurduğu proqrama girmə azadlığı kimi baxıla bilər. Yəni bir uşaq üçün məktəb tərəfindən hazırlanmış və bir ilə yayılmış olan məcburi təhsil proqramını buraxaraq öz proqramını isitfadə edə bilmə fürsəti hesab edilə bilər. Bir il boyu erkəndən hər gün dərsə gedən uşaq “tətildə bol — bol yatıb dincələcəm”, deyə düşünər. Halbuki dincəlməklə yatmaq arasında böyük fərq vardır. Hətta çox yatdıqca metobolizmanın düzgün çalışmaması nəticəsində ötürülən siqnallar insanın daha da yorulmasına səbəb olur. Tətildə həm fiziki həm ruhən rahatlamağın yolu pozulmuş ritmimizi yenidən qaydaya salmaqdır. Yuxu dincəlmənin bir ünsürüdür. Yuxusunu doyunca almamış insana dincəlmiş demək olmaz. Tətil dönəmində rejimsiz yemək axşam ziyafətləri insanın yuxusuz qalmasına səbəb olur. Bu zaman ayaqüstü qidaların çox qəbulu günəş altında qalma və s. İnsan tətildə işləmdiyi üçün fiziki yorulmadığını düşünsədə də düzgün olmayan gündəlik rejimsizlik və qida dincəlməyinə əngəl olar. Bəzən tətilin verdiyi rahatlıqdan dolayı nə ilə, necə məşğul olmağı bilməmək də insanı yorar.
Tətil hədəfini seçmək və tətil planını hazırlamaq çox vacibdir. Ana üçün tətil öz valideynələri ziyarət üçün rayona getməyi, ata üçün heç nə etmədən evdə uzanıb televizor seyr etmək ola bilər , başqa bir ana üçün uşağın zəif fənlərini oxudub yeni dərs ilinə daha bilikli keçməsinə nail olmaq ola bilər. Halbuki uşaq üçün tətil uzaqlara getmək, heç kəsin qarışmadığı bir atmosferdə olmaq , kitaba, qələmə toxunmamaq ola bilər tətil.
Ailənin tətil hədəfi , fərdlərin tətil hədəfinə uyğun qərara alına bilər, ki burada həm təhsildəki boşluqlar , həm xəstə ziyarəti, həm maddi durum nəzərə alınar.