Bu kitab- Bir ilkdir! Ərəb dilində rahat şəkildə danışıq qaydasını, ünsiyyət qurmağı mükəmməl şəkildə öyrədir. Hər dərsində ərəb dilinin qrammatikası, yeni sözlər, cümlə qurmaq qaydası öyrədildikdən sonra tapşırıqlarla möhkəmləndirilir. Hər dərs ayrı-ayrı mövzulardan ibarət olmaqla gündəlik həyatımızda istifadə etdiyimiz sözlər, cümlələri öyrədir. Hər yeni sözün özünə məxususi çəkilmiş şəkilləri vardır. Hər qrammatika həm mətn şəklində izah edilir, həm də praktiki olaraq şəkillərlə öyrədilir. Qrammatikaya aid sözlər qırmızı rənglə ayrıca verilmişdir ki, daha aydın olsun. Kitabı öyrənib bitirən hər kəs ərəb dili qrammatikasından(əvəzliklər-işarə, sual, şəxs, birləşən əvəzliklər, zərflər,söz önləri, söz birləşmələri, isimlərin növlərini-cəm halı, ikilik bildirənlər, saylar qaydasını, rənglər qaydasını və rənglərin cəmini, hal şəkilçilərini, isimlərin qadın və kişi cinsini və digər qrammatika qaydalarına mükəmməl yiyələnəcəkdir. Müxtəlif mövzulu ərəbcə mətnləri oxuduqca həm tərcümə etməyi, həm də onları danışmağı öyrənəcəkdir. Beləliklə, qrammatika və sözləri mənimsəyib ərəb dilində rahat ünsiyyət quracaqdır. Tapşırıqlardakı dialoqlar vasitəsilə ərəb dilində ünsiyyət qurmağı bacaracaqdır. Kitabdakı mövzular- Tanışlıq, Məktəb ləvazimatları, Sinif, Ailə, Peşələr, Alətlər, Bədən üzvləri, Rəqəmlər, Meyvələr, Tərəvəzlər, Rənglər, Ev əşyaları, Ərzaqlar, Qab-qacaqlar, Geyimlər, Heyvanlar, Fəsillər, Dövlətlər. və.s -dir. Hər dərs 30 dan çox tapşırıqdan ibarət olmaqla, hər tapşırığın şərti həm azərbaycan, həm də ərəb dilində verilmişdir. Odur ki , kitab həm, azərbaycan, həm ərəb dilli müəssisələr üçün nəzərdə tutulub. Qeyd: Bu kitabın «Ərəb dili 1» adlı 1-ci sinif dərsliyi vardır. Orada ərəb dilinin fonetikası öyrədilir. «Ərəb dili 2» adlı bu kitab isə ərəb dilinin qrammatikasından- morfologiya və digər sahələrə aid qaydaları öyrədir. Kitab ərəb dilində danışmağı öyrənmək istəyən hər bir yaş qrupu üçün keçərlidir. 148 səh, rəngli, şəkilli, nəfis tərtibatlı kitab.