Yeni kitab! Yeniyetmə və böyüklər üçün!
Ədəblə əqidə və iman bir-biri ilə sıx əlaqəlidir. Ədəbli olmaq — müsəlmanın boynuna düşən vəzifələrdəndir. Çünki insandan Rəbbinə, insanlara və özünə qarşı daima ədəbli olmaq tələb olunur. Məhz buna görə əxlaqında naqisliyi olan müsəlmanın əqidəsində də naqislik vardır. İslam alimlərinin əxlaqı əqidənin daxilində zikr etmələri bunun nə qədər vacib, nə qədər önəmli olduğundan xəbər verir. Əxlaqı naqis olan müsəlmanın imanında da naqislik vardır. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: “Möminlərin içində iman baxımından daha kamil olanı, əxlaqı daha yüksək olanıdır”.(Əbu Davud 4682) Qiyamət günü tərəzidə ən ağır gələn əməl də məhz əxlaq olacaqdır. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Qiyamət günü tərəzidə gözəl əxlaqdan ağır gələn bir şey olmayacaqdır”.(Əbu Davud 4799)
İki cildlik bu Kitab- oxucuya cəmiyyətdə, ailədə, ətrafında olan insanlara, özünə, bütün canlılara necə rəftarda olması lazım gəldiyini öyrədir. Quran ayələrinin, hədislərin, alimlərin sözlərinin əsas götürüldüyü bu kitabda ayrı-ayrı bölmələr və alt bölmələr şəklində bütün ədəb və əxlaq qaydaları asan dildə, açıq — aydın izah edilmişdir. Hər bir ayənin, hədisin, mənbələri qeyd edilmişdir. Kitab iki cild olmaqla, hər cildi 450 səhifədən ibarətdir. Kitab qalın bərk cildə, nəfis tərtibata malikdir. Müəllif: Ramil Soltanov