Ərəb Dili 1 — dərslik

12.00 AZN

Kateqoriya İD kod:2743

TƏSVİRİ

Kitab Ərəb əlifbasının bütün hərflərini və rəqəmlərini öyrədir. İlk səhifələrində hərflərə aid bütün qaydalar, hərəkələr, işarələr, müəyyənlik artiklı nümunələrlə izah edilmişdir.  Hər hərfin tələffüz edildiyi məxrəc qayda şəklində izah edilmiş, təsvirlərlə göstərilmişdir. Hər hərfin üç cür yazılışı şəkillərlə və sözlərlə öyrədilməklə yanaşı tapşırıqlarla daha da möhkəmlədilmişdir. Hər hərf üçün iki səhifə ayrılmaqla yazılışa da ilkin addım atılmışdır. 5 hərfdən bir, yalnız keçilən hərflərin iştirakı ilə olan sözlərə əsasən interaktiv tapşırıqlar verilmişdir. Hərflər bitdikdən sonra böyük hərflərlə, anlaşılan hərəkələrlə çox sayda sözlər təqdim edilmişdir. Sözlər sayəsində həm keçilən hərəkələr, həm işarələr, həm də tələffüz qaydası möhkəmlədilmişdir. Sonda hər hərfə aid həmin hərflərin daha çox iştirak etdiyi ərəb dilində müxtəlif mətnlər təqdim edilmişdir. Ən sonda kitabın içində işlədilən bütün sözlərin lüğəti verilmişdir. Rəqəmlərə aid xüsusi səhifələr və tapşırıqlar verilmişdir.

Birinci sinif üçün nəzərdə tutulan kitab ərəb hərflərini və rəqəmləri tanıdır, ərəbcə düzgün oxumağa və ərəbcə oxu texnikasının artmasına, ərəbcə sadə sözlərin tərcüməsinin öyrədilməsinə xidmət edir.