44 Gün Qarabağda

9.90 AZN

Təqdim etdiyimiz bu kitabda müxtəlif yaşlı uşaqların ata, əmi, dayı və qardaşlarının 44 günlük Vətən müharibəsindəki qəhrəmanlıqları və döyüş yolundan bəhs edən hekayələr toplanmışdır. Qələbəyə səbəb olan igid oğulların, əsgər və zabitlərimizin başına gələnlər uşaqların dili ilə anladılmışdır.

Kateqoriya İD kod:2603

TƏSVİRİ

Sizə təqdim etdiyimiz bu kitabda müxtəlif yaşlı uşaqların ata, əmi, dayı və qardaşlarının 44 günlük Vətən müharibəsindəki qəhrəmanlıqları və döyüş yolundan bəhs edən hekayələr toplanmışdır. Qələbəyə səbəb olan igid oğulların, əsgər və zabitlərimizin başına gələnlər uşaqların dili ilə anladılmışdır. Hekayələrin mövzusu real hadisələrə əsaslanır. Hekayələr rəngli illüstrasiyalarla müşayiət olunur. Hər bir illüstrasiyada həm qəhrəmanlar haqqında xatirələrini bölüşən uşaqlar, həm də haqqında danışılan igid qazi və şəhidlərin real təsviri verilmişdir. Həmçinin döyüşün baş verdiyi ərazilər – işğaldan azad edilən rayonlar, oradakı tarixi məkanlar, texnikalar, silahlar təsvir edilmişdir. Kitabda hərbi rütbələr, döyüşdə istifadə olunan texnikalar haqqında geniş məlumatlar və onların təsvirləri də yer almış, eləcə də, Qara[1]bağ torpaqlarının işğal və azad olma tarixləri qeyd edilmişdir. 3 cildlik nəzərdə tutulan “44 gün Qarabağda” adlı kitab – 1-ci və 2-ci cildin hərəsində 16, 3-cü cildində 12 hekayə olmaqla 44 hekayədən ibarətdir.