TƏSVİRİ
Sizə yazıçı Çinarə köçərlinin yenicə çapdan çıxmış uşaqlar üçün Böyük Qayıdış-Antiterror əməliyyatı kitabını təqdim edirik. 44 gün Qarabağda kitabının III cildi olan bu kitab Vətən Muharibəsinin tam qələbəsinə səbəb olmuş, muxtəlif yaşlı uşaqların ata, əmi, dayı, qardaşlarının real qəhrəmanlıq hekayələrindən ibarətdir. Kitabda Şuşanın azad edilməsindən sonra baş verən hadisələr, tam qələbəyə səbəb olan Antiterror əməliyyatında qəhrəmanlıq gostərən şəhid və qazilərimizin döyüş yolunadan bəhs edən real hekayələr öz əksini tapmışdır. Azad edilmiş tarixi torpaqlarımızda gorulən abadlıq işləri, kockunlərin geri qayıdıb öz yurdlarını gorərkən kecirdikləri hisslər qələmə alınmışdır. Həmcinin, Böyük Qayıdış nəticəsində azad edilmiş torpaqlarımızda məskunlaşan qarabağlıların sevincli həyat hekayəsi yer almışdır. Hekayələr rəngli illüstrasiyalarla muşayiət olunur. Hər bir illüstrasiyada həm xatiərlərini danışan uşaqlar, həm də haqqında danışılan Antiterror əməliyyatında igidlik gostərən qazi və şəhidlərin, geri donən qarabağlıların real təsviri verilmişdir. Həmcinin, döyüşün baş verdiyi ərazilər, işğaldan azad edilən rayonlar, oradakı tarixi məkanlar olduğu kimi təsvir edilmişdir. Kitabın sonunda Qarabağımızdakı tarixi məkanların, abidələrin bərpadan sonrakı təsvirləri öz əksini tapmışdır. Bütün hekayələr xronoloji ardıcıllıqla baş verən hadisələrin tarixinə uyğun düzülmüşdür. Qeyd edək ki, 3 cildlik “44 gün Qarabağda” adlı kitab: 1-ci cildində 16, 2-ci cildində 13, 3-cü cildində 15 hekayə olmaqla 44 hekayədən ibarətdir.