TƏSVİRİ
Əziz Oxucu,
Əgər siz valideynsiniz və uşağınızın daxili dünyasını kəşf etmək, aranızdakı bağlılığı
artırmaq, çətinliklərində ona kömək olmaq istəyirsinizsə, və ya müəllim, tərbiyəçi
olaraq uşaqlara yol göstərir və müsbət dəyərlər ötürürsünüzsə, psixoloq kimi uşaqlarla
işləyir, onlara duyğuları haqqında danışmağa və problemlərin öhdəsindən gəlməyin
yollarını tapmağa kömək edirsinizsə, əlinizdəki kitab tam sizin üçündür!
Nağıl qəhrəmanlarının yaşadığı qorxu, həyəcan, güvənsizlik, dostluq qurmaqdakı
çətinlikləri uşaqlar tərəfindən çox yaxşı başa düşülür və çox zaman öz yaşadıqları ilə
üst-üstə düşür. Bu nağıllar sanki dil açıb ‘’Sən yalnız deyilsən! Bəzən hər şey çıxılmaz və
qarma-qarışıq görünsə də, hər zaman çıxış yolu var! Ümidsiz olma, cəsarətli ol!’’ deyirlər.
Bu nağıllardan maksimum faydalanmaq üçün onları uşaqlarla bərabər səsli şəkildə
oxuya, verilmiş suallar ilə nağılı müzakirə edərək, uşağın fikrini ala bilərsiniz. Nağıl
əsasında şəkil çəkmək, səhnəciklər qurmaq, rollu oyunlar oynamaq uşaqlarda
təxəyyülü, nitqi, özünəgüvəni artıracaq və nağılın verdiyi mesajı daha yaxşı
qavramasına gətirib çıxaracaq. Bəzən uşaqlar eyni nağılı təkrar-təkrar oxumağınızı
istəyə bilər. Bu, o nağıldakı mövzunun uşaq üçün aktual olduğunu və eyni hissləri
yenidən yaşayaraq cavablar axtardığını göstərir.
Uşaqlara ayrılan keyfiyyətli zamanın onlar üçün unudulmaz və dəyərli olduğunu
xatırladaraq, sizə xoş və əyləncəli mütaliələr arzulayıram!
Aynur Qələmova
Uşaq və yeniyetmə psixoloqu