Təhsil sisteminin informasiyalaşdırılmasının sürətli prosesi təhsildə elektron dərsliklərin istifadəsi üçün yol açır. Elektron dərsliklər hər şagirdə təhsil prosesində fəal iştirak etmək, onların öyrənmə prosesini fərdiləşdirmək üçün şərait yaradır. Onlara passiv müşahidəçi yox, yeni bilik əldə etmək istəyən və öz imkanlarını qiymətləndirə bilən şagird olmaq üçün imkan verir.
Elektron dərslik böyük həcmdə tədris və təlim materiallarını əhatə edərək və yeni tədris metodlarının inkişafına yardım edərək ənənəvi öyrənmə formalarını zənginləşdirir.
Elektron dərsliklərin üstünlükləri hansılardır?
— Müxtəlif istifadə formatları – onlayn və ya oflayn rejimdə
— Kompüter, planşet, mobil telefon vasitəsilə dərsliklərin istifadə imkanının mövcudluğu
— Əyani vəsaitlərin mövcudluğu — qrafika, animasiya, interaktiv fəaliyyət və digər multimedia xüsusiyyətləri
— Böyük həcmli məlumatların saxlanması
— Mətnlər üzərində qeydlərin aparılması mümkünlüyü
— Rahat istifadə — axtarış sisteminin mövcudluğu
— Mobillik – hər yerdə və hər zaman