Bu kitab atalarda öz övladlarına nağıl oxuma vərdişini yaratmaq məqsədi daşıyır. Xüsusən oğlan uşaqlarının gələcək həyatlarında özgüvənli olmaları üçün ata ilə bağlarının möhkəm qurulması mühümdür. Atanı özünə model seçən oğlan uşaqları yeniyetmə vaxtlarında daha özgüvənli, cəsartəli və sosiallaşa bilən olurlar. Kitabdakı nağılın dostluqdan bəhs etməsi dostların da insan həyatında önəmini göstərir.
Sadə dildə yazılmış və maraqlı illüstrasiyalarla müşayiət olunan nağıl uşaqlara dostluq qurmaq bacarığını asan və əyləncəli şəkildə öyrədəcəkdir. Mövzuya uyğun yazılmış ayə və hədislər kitabı daha da faydalı edir.
Müəllif: Gülnar Abdulla