YENİ KİTAB- MARYA İŞILTISI-Marya’s glow

Şüur və idrakımızın yavaş-yavaş inkişaf etməyə başladığı dövrlərdə, hətta ondan sonra da zövqlə dinlədiklərimizdir – Nağıllar. Gecələr nənəmizin dizində, şirin yuxumuzu fəda edərək saatlarla dinlədiklərimizdir – Nağıllar.
3-7 yaşlı uşaqlar üçün nəzərdə tutulmuş kitabda Marya ilə birlikdə həşəratlar aləminə səyahət edilmişdir. Hər bir həşəratla görüş ayrı-ayrı başlıqlara bölünmüşdür. Nağıldakı hadisələr rəngli illüstrasiyalarla təsvir edilmişdir. Həşəratları və onların həyat tərzini tanıtmaqla bu İlahi möcüzəyə diqqət çəkilmişdir. Marya obrazının timsalında milli örpəyimiz olan “Kəlağayı”nın təbliğinə çalışılmışdır. Tutu nənənin timsalında milli geyim və milli yaşayış tərzimiz nəzərə çatdırılmışdır. Həmyaşıdları Marya ilə səyahət edərkən həşəratlarla dost olacaqlar. Bununla da həşəratlara qarşı olan qorxu hisslərini dəf edəcəklər.

Müəllif: “Azərbaycan Yazıçılar Birliyinin” üzvü, yazıçı  Çinarə Köçərli.
92 səh.

Fairy tales are the stories we enjoy reading not only as kids when we are in the period of cognitive development but also as adults. In this book, suitable for kids of 3-7 years old, we travel into the world of insects with Marya. Acquaintance with each insect is divided into different headings. The stories are illustrated with colorful pictures. By getting acquainted with the insects and their lives, we draw attention to this divine miracle. In Marya’s character, we attempt to promote the traditional Azerbaijani headscarf, the kalaghayi. In the character of Marya’s grandmother, Tutu, we draw attention to the traditional Azerbaijani clothing and lifestyle.
While embarking on the journey with Marya, kids will get to know insects better which
will help them overcome their fears of insects.

The writer and a member of the Union of Azerbaijani Writers, Kocharli Chinara.
92 pages

setcookie('viewedProd[' . $post->ID . ']', $post->ID, time()+3600);