İntihar edən insanlar əksəriyyəti ya dünyada hər bir ləzzətlərə çatıb , yəni özünün ləzzət saydığı hər bir şeyə. Bütün ləzətlərin yalnız bu dünyadakılardan ibarət olduğunu düşünür. Hər şeyə rahatlıqla çatmağa öyrəşdiyi üçün, bir gün əldə etməsi çətin gələn şeylə rastlaşdıqda o adi bir şey olsa belə çox ağır və dözülməz gəlir , sonu intiharla nəticələnir. Çünki yenə də yaradılış səbəbini düzgün öyrənməyib, nə üçün bu dünyadadır, deyə düşünməyib. Halbuki insan ağıl sahibidi və mütləq düşünməlidir. Hər şey yalnız bu dünyada olanlardır düşüncəsində olmaqla ruhuna və fitrətinə qarşı çıxır. Və ruhu da beyini də səhv işləmiş olur. Sanki soyuducunu işlətmək üçün düzün qaydaya əməl edilmir.
Başqa biri intiharı ona görə edir ki. Həyatda nəyə əlin atır boşa çıxır. Heç nə əldə edə bilmir. “Heç nəyim yoxdur, başqaları kimi ola bilmədim” düşüncəlsndədir. Və o da hər nemətin yalnız bu dünyada gördüklərindən ibarət olduğunu düşünür. Beləcə o da fitrətininin əksinə çıxır. Ayağı olub ayaqqabısı olmayan ayağsıza baxmır, gözü olub eynəyi olmayan eynəysizə baxmır. Özündən aşağıya baxa bilmir. Və özündə olan nemətləri görə bilmir.
Lakin yaradılış həqiqətini anlayanlar sevginin mərkəzinə Ali qüvvəyə Yaradana qoyarlar. Onun qoyduğu qanunu oxuyarlar. Ona tabe olarlar. Və Ən üstün olanın qulu olmaq onlara ağır gəlməz. Ondan istəyərlər, ondan asılı olarlar. Ondan asılı olmasalar, mütləq başqa qüvvədən aılı olmağa məhklumdurlar. Necə ki yaxşı bir işlə məşğul deyillərsə o zamanı doldurmaq üçün pis olmasa da ən azından faydasız işlə məşğul olacaqlar. Qaydalarla yaşayarlar. Bəşər yaranandan inkişaf etdikcə insanlar qaydalar qoymuşlar. Çünki qaydalar olmadan əmin amanlığın olmayacağını anlamışlar. Bu qaydalar Ali qüvvənin qaydaları olduğu üçün ona tabe olmaq insana ağır gəlməz. Çünki nəticədə kiminsə zor tətbiq etməsi ilə qaydaya tabe edilməzlər. Və heç kəs bu qayda ilə yaşamağa insanı məcbur etməz. Özü xoşbəxt yaşamaq üçün bunu seçim edər. Və necə ki soyuducu alarkən yanında düzgün işləmə funksiyasını göstərən, bununla da sıradan çıəxmasının qarşısını alan bir kitabça vardır, eləcə də insanı yaradan Allah da müxtəlif dövrlədə kitablarını Tövratı ,İncili ,Quranı göndərmişdir. Məhz insanın rahat yaşaması, xoşbəxt olması beyninin şurunun düzgün işləməsi üçün. Nə düzmdə həddi aşıb zorakılıqla üzləşməsin, nə də intihar etməsin deyə. Və o kitabında müxtəlif zamanlarda yaşamış ayrı- ayrı peyğəmbərlərin başına gələn imtahanlar çətinliklər onların çıxış yollarını misal çəkmişdir. Və bu tarixdir. Və bu həqiqətdir. Bunu həqiqət kimi qəbul edənlər oxuduqca terapiya kimi öğzlərini müalicə edərlər sanki. Oxuduqca öz imtahanlarını normal qəbul edir. Çıxış yolarını tapır.
Düzgün şəkildə dua və ümid edir və beləcə bu ona çıxış yolu olur
Yunusun quyuda, əyyubun xəstə ikən, yunusun balığın qarnında ikən, ibrahimin odda ikən, isa edam edilərkən, zəkəriyyə övladsız ikəm, məryəm insanlar tərəfindən tənə edilərkən duaları vardır.
«Əgər Allah sənə bir zərər vurmaq istəsə, bunun qarşısını Ondan başqa heç kəs ala bilməz. Əgər sənə bir xeyir toxundursa, (hec kəs Ona mane ola bilməz). O, hər şeyə qadirdir»(əl-Ənəm,17)
«Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!”– deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır» (əl-Bəqarah 155-157)
“O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə rahatlıq tapmışdır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır.” (Rad surəsi, 28)
«Yoxsa siz elə güman edirdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız? Onlara elə sıxıntı və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və onunla birlikdə olan möminlər də: “Allahın köməyi nə vaxt (gələcək)?”– dedilər. Həqiqətən, Allahın köməyi yaxındır». (əl-Bəqərə, 214)
Və əsa ən təkrahu şeyyən və huvə xayrullləkum və əsa ən tuhubbu çəyyən və huvə şərrul ləkum vallahu əgləmu və əntum
«Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik».(əl-Ənbiyə 35)
Asanlıqla çətinlik bir yerdədir. İnnə məgəl usri yusra. Bu kimi ayələri oxumaq insana rahatlıq verir.
Bu kimi ayələri oxumaqla hər şeyin bu dünya ilə bitmədiyini düşünür insan . və bu ona ümid verir. Axı bizi yaradıb yaşadan Allah bizi tanıyır və necə xoşbəxt və ya bədbəxt ola bilrik onu da bilir. Odur ki bu ayələri verib ki buna uyğun yaşayaq necə ki bir əşyanı ixtira edən onun necə işləyəcəyini hamıdan yaxşı bilir. Və əgər o işləmə qaydalarını yazmasa idi bu ağılsızlıq kimi görünər və ixtira edilən əşyanı düzgün işlətmək mümkün olmazdı. İnsanın da düzgün yaşaması üçün bu qaydaları oxuması onun şüurunda iz buraxır və həyatının hansısa bir anında onları düşünmək ona vəziyyətdən çıxış üçün yardımçı olur. Və sonra insan çıxılmaz vəziyyətə düşdükdə qaydalaır ilə yaşadığı o qüvvəyə rahatlıqla yönələ bilir və onun bu vəziyyətdən çıxarmasını sanki tələb edir. İstəyir. və bu inancı etiqadı ona ümid verir.kimsə bunu inkar etmək istəyərə amma nə etsək də həqiqət budur.