OYUNMƏN — İLK KOMİKS

12.90 AZN

Kateqoriya İD kod:3444

TƏSVİRİ

OyunMən Komiks janrında yazılmış uşaqlar üçün əyləncəli kitab! OyunMən — Siz valideynləri uşaqlığınıza aparan, uşaqlarınızın isə uşaqlarına çatdırmalı olduğu kitab! Uşaqlıq oyunlarımızı gələcək nəsillərə çatdıran kitab! Uşaqlarınızla birlikdə uşaqlıq oyunlarınızı oynayarkən həm onların dünyasına daxil olacaqsınız, həm də öz uşaqlıq illərinizə qayıtmaqla bütün problemlərinizi unudacaqsınız. Məsələn , Xan Vəzir oyunu, Kis kis miyau miyau oyunu, Yeddi şüşə oyunu vəs.. Xatırlayırsınız yəqin… Çoxunuz qaydasını belə unutmusunuz. Siz əgər unutmusunuzsa sonrakı nəsil  də unuda bilərdi.  Bu kitab yeganə mənbədir ki, ən əsas sevimli uşaqlıq oyunlarımızın tam , dəqiq qaydasını tapa biləcəksiniz.

Qohumlarla, dostlarla, sinif yoldaşları ilə birlikdə əyləncəli zaman keçirmək üçün bu kitabdakı oyunlar sizə ideya mənbəyi olacaqdır. Həm stolüstü, həm həyətədə, həm də evdə oynaya biləcəyiniz oyunların qaydasını komiks şəkillərlərlə əyləncəli şəkildə  bu Kitabda tapa biləcəksiniz! Kitabdakı Oyunlar milli irsimizlə , 80-90-cı illərin uşaqlığında ən maraqlı oyunlarla və müasir oyunlarla bağlıdır. Hər  bir oyunun uşaqlara fiziki, psixoloji, məntiqi  faydası da kitabın sonunda ayrı- ayrılıqda yer almışdır.

Qeyd edək ki yazıçı Çinarə Köçərlinin qələmində çıxan bu kitab Ölkədə ilk uşaqlar üçün yazılmış Komiks kitabıdır. Daha xarici deyil, yerli Komiks kitabından da faydalan biləcəksiniz. Artıq qonaq gedəndə «nə hədiyyə aparım?» deyə düşünmədən bu kitabı aparıb, çay içəndən sonra mütlə stolun üzərinə qoyun. Beləcə, böyüklərlə kiçikləri bir araya gətirib birlikdə əyləncəli zaman keçirin. Valideynlər bu keçmişə, uşaqlıq illərinə bu oyunlarla qayıtsın. Uşaqlar isə valideynlərinin uşaqlığını bu oyunlarda tapsın. Beləcə, uşaqların ən böyük ehtiyacı olan valideyn uşaq münasibəti, birlikdə əylənmək bu Kitab nəticəsində baş versin.

64 səh, rəngli, tam şəkillərdən ibarət , Komiks. Qalın üz qabığı, keyfiyyətli tərtibat.

Müəllif Çinarə Köçərli

İllüstrator: Leyla Qədməliyeva