TƏSVİRİ
Sehrli Təsbeh qəhrəmanı Batur olan, xeyirlə şərin, inamla qorxunun savaşında ağlın və mərhəmətin gücünü göstərən unudulmaz bir nağıldır. Bu nağıl səni xəyalların və gerçəyin kəsişdiyi o sehrli aləmə aparacaqdır. Orada balaca bir uşaq böyük bir qəhrəmana çevrilir.
Uşaqlar kitabı oxuyub bitirdikdə «Əsl güc ağıl, cəsarət, mərhəmətdədir!»- düşüncəsində olacaqlar!
Kitabdakı nağıl əsasında animasiya cizgi filmi hazırlanmışdır. Kitabda qəhrəmana aid boyama vərəqi və interaktiv düşündürən suallar da vardır. Cizgi filminə kitabın üz qapığında QR-la baxa bilərsiniz.
Müəllif : İradə Məmmədova









