1281-ci ilin sentyabr ayıdır. Qayı tayfasının başçısı Ərtoğrul Qazi 93 yaşında vəfat etmişdir və hamı Qayı elinin yeni rəhbərinin kim olacağını öyrənmək istəyir.
Beləliklə, yuxular vasitəsilə barəsində muştuluq verilən Osman Qazinin Qayı tayfasının başçısı olmasından getdikcə genişlənərək sərhəd bəyliyinə, sərhəd bəyliyindən sancaq bəyliyinə və nəhayət, 624 il üç qitədə hökm sürəcək bir cahan dövlətinin hökmdarlığına çevrilən hekayəsi başlayır… Monqollara, rum feodallarına və hətta Bizans imperatorluğuna meydan oxuya-oxuya güclənən Qayıxanlıların mübarizəsi…
“Quruluş Osman” birnəfəsə oxuyacağınız maraqlı məzmunu ilə Osman Qazinin 1258-ci ildə başlayıb 1326-cı ildə sona çatan dastana bənzər həyatını bütün təfərrüatı ilə təsvir edir. Və sizləri müqəddəs bir şəfəqə, monqolların qarşısında tab gətirə bilməyən Səlcuqilərin axşam günəşi kimi batdığı bir vaxtda Qayı elinin Osman dövləti olaraq doğulmasına şahid olmağa dəvət edir. 265 səh.
Müəllif: Ufuk Tufan