Tarixi, maraqlı əsər olan «Səhabələr» II cild kitabı 204 səhifə olmaqla, rəngli, illüstrasiyalı, keyfiyyətli tərtibata malik kitabdır. Kitabda 22 səhabənin həyatı yer alır.
Səhabələrin həyatları boyunca önəm verdikləri dəyərlər, malik olduqları üstün müsbət keyfiyyətlər, dostluq münasibətləri, dürüstlük, cəsarət, mərhəmət, vətənpərvərlik kimi xüsusiyyətlər yeniyetmələrin özlərini tərbiyələndirməsində mühüm əhəmiyyətə malikdir. Odur ki, bu kitabı oxuyan yeniyetmə hər səhabəni özünəməxsus keyfiyyəti ilə sevəcək, onu özünə nümunə götürəcəkdir. Bu kitab daha öncə nəşr edilmiş “Peyğəmbərlər”, “Muhəmməd peyğəmbər” kitablarının
davamı olan “Səhabələr” kitabıdır. I cilddə 18, II cilddə 22, ümumilikdə 40 səhabənin həyatı
araşdırılmış, düzgün tarixi mənbələrə əsasən yazılmışdır.
İki Cild olan Səhabələr Kitabının hər biri 204 səhifədir. Rəngli, illüstrasiyalı, keyfiyyətli tərtibatlı, qalın üzlü kitabdır. Qeyd edək ki, bu kitab daha böyük yaşlı oxucular üçün nəzərdə tutulduğundan yalnız hər səhabənin adı ilə bağlı səhifəyə keçid alarkən həmin səhabənin həyatından örnək hadisəyə aid iki səhifəlik təsvir vardır. Qalan hissələr mətndən ibarətdir. Yəni, kitabda şəklə çox az yer verilmişdir. Hər səhabənin həyatından sonra onun haqqında fəzilət, ən sonda mənbə qeyd edilmişdir.

