Ədəb və nəzakət qaydalarına uyğun davranmaq, sağlamlığı qorumaq, təmizlik və gigiyenamıza əməl etmək, gündəlik həyat vərdişlərini düzgün bilmək, olduğumuz məkanın təmizliyinə riayət etmək, ağız dadımıza uyğun yeməkləri bişirmək bacarığına yiyiələnmək hər kəsin bilməli olduğu qaydalardır. Bu qaydaları övladlarına öyrətmək valideynlərin vəzifəsidir. Lakin bütün bu işlərdə böyüdükcə dostlarımız, cəmiyyətdə qarşılaşdığımız insanlar da öz təsirini göstərir. Başımıza gələn hər hadisədən ibrət götürmək, düzgün nəticə çıxarmaq isə bizim vəzifəmiz olur. Bu zaman Allahın sözləri olan Qurani Kərim ayələrini, Muhəmməd peyğəmbərin sözləri olan hədisləri yol göstəricisi etməyimiz doğru olardı.
Bu səbəblə “40 HEKAYƏ” kitabında hər hekayəsində ayə və hədisin də yer aldığı maraqlı, həyəcan dolu hekayələr sizə təqdim edilir. Bu kitabın əvvəlindən sonuna kimi qəhrəmanım Aytəmiz sizə ən yaxın dost olacaqdır. Aytəmiz doğruları öyrətməyə, səhvlərini düzəltməyə, bilmədiklərini öyrənməyə çalışan bir qızdır. O, cəmiyyətdə necə davranmalı olduğunu öyrənmək, ev işlərini bilib anasına kömək etmək, tez böyüyüb anası kimi dadlı yeməklər bişirmək, sağlamlığını qoruyub gələcəkdə öz nəvələrinə baba və nənəsi nağıllar danışmaq arzusundadır. Bu baxımdan isə Aytəmiz çox şanslıdır. Çünki ailəsi, qonşuları, müəllimləri, dostları tərəfindən çox sevilir. Sağlam qidaları axtararkən, geyimlərini seçərkən, bədən təmizliyi qaydalarını öyrənərkən, ev təmizliyinin incəliklərini araşdırarkən, yemək bişirərkən istifadə edilən ərzaqları tanıyarkən, tikməyi öyrənərkən, səliqəli və zövqlü olmağa çalışarkən heç tək qalmır.Bəzən ailəsi ,bəzən qonşuları, bəzən müəllimləri, bəzən də dostları ona yol göstərir. Aytəmiz bütün bunlarla yanaşı əxlaq və ədəb qaydaları, insanlara yardım etmək, təbiəti , heyvanları qorumaq, böyüklərə hörmət etmək, qənaətcil davranmaq kimi müsbət mənəvi keyfiyyətləri də öyrənir. Bütün bunları öyrənərkən isə Uca Allahın göndərdiyi müqəddəs Qurani — Kərim ayələrini, Muhamməd Peyğəmbərin () hədisləri ona əsas yol göstəricisi olur.
Kitabdakı 40 hekayədə Aytəmizin başına gələn hər bir hadisə maraq, macəra və həyəcan dolidir. Marağınıza daha da maraq qatmaq üçün hər hekayə rəngli, gözəl illüstrasiyalarla müşaiyət olunur. Aytəmizlə birilikdə həyatda həm mənəvi, həm fiziki, həm də ruhən təmiz və sağlam olmağın əsl sirrlərini öyrənəcəksiniz.