YENİ KİTAB-MÖCÜZƏLƏR DİYARI

Nağıllar uşaqların xəyalını qanadlandırar, kitablar isə onları həyata hazırlayar. İki dildə Nağıl!- İngilis dilində və Ana dilimizdə!

Bu kitab sizi həyatın ən vacib dəyərlərindən ilham alan beş möhtəşəm nağılla tanış edir. Hər bir nağıl oxucuları
dostluğun gücünə, liderliyin incəliklərinə, sevginin dərinliyinə və düzlüyün parlaq yoluna aparır. Nağılların hər biri
sadə hekayələr vasitəsilə böyük psixoloji mesajlar ötürür və həyat dərslərilə zəngindir. Burada təsvir olunan obrazlar
və hadisələr sizə yalnız əyləncə deyil, həm də düşüncə üçün zəmin yaradacaq. Hər bir hekayədə özünüzdən bir parça tapacaq və fərqli perspektivlər qazanacaqsınız. Ümid edirik ki, bu nağıllar həyatınıza müsbət təsir edəcək və ruhunuzda
iz qoyacaq. İndi isə bu sehrli səyahətə başlayaq.

Müəllif: İradə Məmmədova

104. səh. Rəngli, Şəkilli, Keyfiyyətli tərtibat.

Hər bir nağıla aid xüsusi olaraq hazırlanan QR kodlar kitabın səhifələrində yerləşdirilib. Bu QR kodlar vasitəsilə siz nağılların ingiliscə səsləndirilmiş versiyalarını dinləyə bilərsiniz. Hər hekayədən sonra verilən suallar uşaqların dünya görüşünün inkişafına və sağlam psixologiyasına xidmət edir!

setcookie('viewedProd[' . $post->ID . ']', $post->ID, time()+3600);