İnsanların bir-biri ilə ünsiyyət qurmalarında ən mühüm vasitə olan dil ilə biz fikirlərimizi paylaşırıq. Bu nemətdən düzgün istifadə etmək lazımdır. Dilimizdən yalanı, qeybəti, lağlağını, kinayəni, böhtanı, iftiranı, qarğışı, lənəti uzaq etməyə çalışmalıyıq. Bu kitabda dilimizdən çıxan kəlimələrin bizim üçün həm bu , həm əbədi həyatımızda, insanlarla münasibətdə, xoşbəxtliyimizdə nə qədər əhəmiyyətli olduğu bildirilmiş və düzgün sözlər danışmamağın təhlükəsi diqqətə çatdırılmışdır. Həmçinin dilimizlə düşə biləcəyimiz günahlardan çəkinməyin və dilimizlə qazana biləcəyimiz savabların yolları geniş şəkildə izah edilmişdir.