Hədəfin Universitetə qəbul olmaqdır? İstər indi istərsə həyatının istənilən anında mütləq hədəfin olacaqdır.
Biznesdə irəliləyiş,
Akademik karyeranı tamamlamaq,
Gündəlik həyatını nizama salmaq,
İqtisadi vəziyyətini yaxşılaşdırmaq,
Ailə qurmaq və.s
Bil, İstənilə məqsədinə çatmaq üçün «Plan qurmaqla» daha real nəticələr verə bilərsən. Bunun üçün təqvim, qeydlər aparma vərdişləri qazanmalısan.
Gündəlik istifadə edə biləcəyin iş vərəqləri əlinin altında olsun.
Telefonunda qeydiyyat hissəsinə qeydlərin olsun.
Planın çərçivəsində özünün hər addımını izləməyə və özünə hesab verməyə çalış.
Həftənin hər günü baxımından gündəlik həyatın üçün gündəlik plan hazırla.
Sonra digər həftə üçün də eyni şəkildə dəqiq bir cədvəl hazırla.
Düzdür, gözlənilməz problemlər, əlavə iş, xəstəliklər və ya digər təsirlər bu planın pozulmasına səbəb ola bilər. Lakin hazırladığın plan bu halda da köməyinə çatacaqdır. Hazırladığın planı xatırladığın zaman qarşılaşa biləcəyin hər şeyə özünü hazır hiss edəcəksən.
Həftəlik plan qurarkən, həftənin hər günü nə qədər oxuduğun, hansı saatda hansı fənni oxuduğun, nə qədər çalışıb, nə qədər istirahət etdiyini bir proses olaraq təyin et. Bunun sayəsində boş vaxtını təyin edə biləcəksən. Əlavə fəaliyyətlər, istirahət, dostlarla görüş, düzgün yuxu rejimi, idman və. s həyatında sənə xoş töhfə verəcək əlavə fəaliyyətlər üçün zamanın qalacaqdır.
TİNG.AZ