Azərbaycanda 26,27,28 may 2022 tarixində — I Türk Dünyası Ədəbiyyat və Kİtab Festivalı keçirilir.
Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və o cümlədən türkdilli ölkələrin iştirakıyla 3 günlük möhtəşəm ƏDƏBİYYAT və KİTAB FESTİVALI — KİTAB BAYRAMI olacaqdır.
Tədbirdə Milli Geyimlər, Milli Alətlər, Milli Rəqslər -Şeir — Musiqi qonaqların diqqətinə çatdırılacaqdır. Ölkədə fəaliyyət göstərən nəşriyyatlar öz kitablarını sərgiləyəcək, satışını həyata keçirəcək, tanınmış müəlliflərlə oxucuları görüşdürəcəklər.
AYB Üzvü yazıçı Çinarə Köçərli «44 Gün Qarabağda» kitabını 27 may 14:40- da BDU həyətinin səhnəsində qonaqlara təqdim edəcək, təsisçisi olduğu Ting nəşriyyatının stendində Oxucuları üçün İmzalayacaqdır.