YENİ KİTAB-SAVAŞÇI

Bu kitab Leykoz xəstəliyindən əziyyət çəkən uşaqlara və onların analarına bir ümiddir!!! Rəngli , gözəl illüstrasiyalı , nəfis tərtibatlı kitab  leykozdan sağalmış qəhrəmanı-Fəridin hekayəsini asan, rahat dildə  uşaqlara əyləncəli şəkildə çatdırır

Bu kitab bir uşağın xəstəliklə mübarizəsini sadəcə tibbi proses kimi deyil, qəhrəmanlıq dolu bir savaş kimi təsvir edir. Fəridin hekayəsi bizə göstərir ki, ümid, sevgi və inamla ən çətin sınaqlardan qalib çıxmaq mümkündür. Bu kitabı oxuyan hər bir uşaq anlayacaq ki, xərçəng deyil, o güclüdür!

Kitab bütün xəstəliklərlə mübarizə aparan uşaqlara, valideynlərə ümid olmaqla yanaşı, övladı sağlam olan valideynlərə də şükr etmək və xəstə uşaqlara empatiya ilə yanaşmağı öyərdir.

Kitabın sonunda hekayənin ingilis və rus dilində tərcüməsi verilmişdir.

Müəllif: Sənubər Zahidqızı

setcookie('viewedProd[' . $post->ID . ']', $post->ID, time()+3600);