Tarixi, maraqlı əsər olan «Səhabələr» I cild kitabı 204 səhifə olmaqla, rəngli, illüstrasiyalı, keyfiyyətli tərtibata malik kitabdır. 18 səhabədən bəhs edən kitabın ilk sıralarında sağikən Cənnətlə müjdələnmiş 10 səhabə yer alır. Daha sonra həm qadın, həm kişi olamqla Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) islam dəvətinə başlayandan onun gətirdiyi haqq dini, İslam dininə iman gətirən, bu yolda canı və malından tərəddüdsüz keçən digər səhabələrin həyatından bəhs edən hekayələr yer alır. Hər səhabənin həyatına keçid səhifəsində həyatındakı önəmli hadisə barədə mətn və maraqlı illüstrasiya verilmişdir. Hər səhabənin doğumundan ölümünə qədər dəqiq tarixi faktlar və illərə əsaslanan hadisələr ayrı-ayrı başlıqlarla maraqlı hekayələr şəklində yazılmışdır. Səhabələrin həyatı ilə bağlı hekayə tam bitdikdə isə ayrıca Fəzilət səhifəsində dəqiq mənbələrə əsaslanan onların haqqında peyğəmbərin (Allahın ona salavat və salamı olsun) söylədiyi fəzilət hədisləri verilmişdir. Rəngli, nəfis tərtibatlı hər biri 204 səhifə olan kitab (14+) oxucular üçün nəzərdə tutulduğundan şəkilləri çox az olmaqla mətnlərə böyük yer verilmişdir. Qeyd edək ki, kitab Səhabələr I VƏ II CİLD olmaqla I cilddə 18, Il cilddə 22 səhabənin ( həm kişi, həm qadın olmaqla) doğumundan ölümünə qədər həyat yolu, İslam uğrunda faydalı və xeyirxah əməlləri yer almaqla nəşr edilmişdir. Müəllif: Çİnarə Köçərli

