O, insanlığın iftixarıdır! Zaman insanların qəlbində ona aid heç bir həqiqəti nə köhnəldə, nə də silib ata bilmişdir! O, Muhəmməd peyğəmbərdir (Allahın ona salavat və salamı olsun) ! Sizə təqdim etdiyimiz bu kitabda İslam peyğəmbəri Muhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) həyatı, gördüyü nəcib işlər barədə məlumatlar heka- yələr şəklində toplanmışdır. Mətnlər rəngli illüstrasiyalarla müşayiət olunur ki, bu da uşaqların hadisələri canlı təsəvvür etmələrinə kömək edir. Verilən mətnlərin daha yaxşı qavranılması üçün kitabda şeirlər də yer almışdır.
Rəngli, illüstrasiyalı, 240 səhifəlik nəfis tərtibatlı kitab. Müəllif: Çinarə Köçərli

