Ailənin bəzəyi övladdır. Övlad özü ilə ailəyə sevinc, bununla bərabər yeni vəzifələr gətirəndir. Övlad yaşının istənilən çağında, valideynləri həyatda olduğu müddətcə onların sevgisinə və qayğısına ehtiyac duyandır. Övladın valideynlərindən istəkləri və ehtiyacları yaşının hər dövründə fərqlənər, amma bitməz. Valideynin vəzifələri də övladın ehtiyaclarından qaynaqlanar.
Yeni doğulan körpənin valideynə olan ehtiyacı güvənlik duyuğsudur. Bu duyğuya açılan qapılar ananın saçı, gözləri və səsidir. Övladın anaya bağlanması ruhi təmasla başyar ki bunun ilk addımı saça toxunuşdur. Sonrakı addım göz təmasıdır ki, bu uşaqda dəyərlilik hissi yaradar, nəhayət ana yalnız mülayim səsi ilə övladının daxili dünyasına və duyğularına çata bilər. Körpənin fiziki ehtiyacları qədər duyğu ehtiyacları da vaxtında və yetərincə ödənildikdə güvən hissi yaranar..
Bir qədər böyüdükdən sonra valideynin vəzifəsi uşaqlarına duyğu azadlığının verilməsidir. Uşaqlıq duyğuların dərinləşdiyi və genişləndiyi illərdir. Uşaq yıxıldıqda doyunca ağlamalı, sevindikdə doyunca gülməlidir. Onlar duğularında azad, davranışlarında qaydalı olduqca həyatda bacarıqlı olurlar. Bəzi analar nə qədər erkən yaşda uşaqları kontrol altına alarlarsa bir o qədər özlərinə hörmət edən uşaqları olacağını düşünərlər. Halbuki uşaqlar nə qədər duyğularında azad olarlarsa o qədər davranışlarını idarə etməyi öyrənərlər. Özlərini idarə edə bilən insanlar duyğu dünyası geniş olanlardır. Bu isə uşaqlıq illərində əldə edilən qazancdır. Təzyiqlə söz dinləyən uşaq özü kimi olmaq yerinə tələb olunduğu kimi görünər. Özünü itirər və başqa bir qəlibə girər. Sağlam ruh uşağın özü kimi olmağa imkan verildiyi bir mühitin nəticəsidir. Bilin ki böyüklər hisslərinə məhdudiyyət qoyaraq yaşadıqları halda,uşaqlar hiss edərək yaşarlar. Və uşaqlıq dövründə keçirilən hisslər qalıcıdr. Bir çox böyüklərin üzgün və bikef görünüşününün kökündə uşaqlıqda yaralanmış olduğu hisslər vardır.
Valideynlər uşaqları üçün çalışar, onlar üçün gözəl gələcək qurmaq istəyər. Halbuki uşaqlar üçün qurulmuş ən gözəl gələcək onların uşaqlıq illərinin ana atasıyla doyunca yaşayaraq duyğu gücü yaradılmasıdır.Əgər bir uşaq ehtiyac duyduğu halda valideynlərini yanında tapa bilməmişsə, danışacaq bir adam axtardıqda onlara çatmamışsa, valideynlə danışmaq yerinə öz özünə danışıb yuxuya getmişsə demək onun duyğu gücü çox zəifdir. Biln ki bizlər telefonun daxilində yaşadıqca ailəmizin xaricində qalırıq. Uşağımızın bir daha geri qayıtmayacaq uşaqlıq illərinə şahidlik edə bilmirik. filmlərdəki gerçək olmayan həyat hekayələrini seyr etdiyimiz halda övladlarımızın duyğularını izləməkdə çətinlik çəkirik. Övladı ilə münasibəti yalnız yedirmək, geydirmək, dərs etdirmək, imtahana hazırlamaq və.s sınaq üzərində qurulan münasibətdə ailə birliyi olmaz. Valideynin övladı üçün qoya biləcəyi ən yaxşı miras birlik və toplum içində yaşamaq bacarığıdır..
Bəzən valdieynlər özləri uşaq ikən daha bacarıqlı, daha ağıllı, savadlı olduqlarını söyləmklə uşaqda bacarıqsızlıq hissi yardarlar. Bir uşağa nə qədər özü olma fürsəti verilərsə uşaq ruhən sağlam olar. Valideynlər onları özlərinə oxşatmaq əvəzinə , onlara bənzəməyə çalışan uşaqlarına “özün kimi ol”desələr daha yaxşıdır. Valideynin övladının həyatına qatacağı ən böyük gözəllik ona daim ümid etdiyini bildirməsi və yaşama bacarığını verməsidir. Bu övladı ilə birlikdə qərar qəbul etdiyində mümkün olur. Hər bir uşaq ediləcək bir işə qərar verilirkən o işdə söz sahibi olmaq istər . İşə onu etməyə məcbur edildikdə yox qərara alınma müddətinə qatılmaq istər. Başqasının apardığı yerı deyil öz seçdiyi yerə getmək istər. İnsan ancaq özünün də pay sahibi olduğu işi etdiyində işi hiss edər və həzz alar. Uşağın ehtiyacı düşüncələri, duyğuları ilə fərq edilməkdir, çünki o duyulduğu qədər dəyərlidir. Duyulmayan uşaq özünü dəyərsiz hiss edər. Heç bir işin öhdəsindən gələ bilməyən bir uşağa çevrilər. Duyğusu, düşüncəsi, danışmasında özünü tək hiss edər özünü tək hiss etdikcə dəyərsizləşər. Bir uşağın başına gələn ən yaxşı şey onu dəyərli hiss etdirən valideynə sahib olmasıdır. Uşaqlar onlar haqqında deyilən sözləri onlar haqqında edilən mülahizələri həqiqət qəbul edib ciddiyə alarlar “Sən ağılsızsan” sözünü eşitdikdə uşaq bu söz ona deyildyi üçün yox, həqiqətdə də ağılsız olduğuna inandığı üçün sarsılar. Valideynlər dedikləri sözlərin unudulduğunu zənn edər, uşaq sözü və yaşananları unutsa da hiss etdiyini unutmaz.
Valideyn üzərinə düşən ən çətin vəzifə nəyin doğru nəyin yanlış olduğunu bilərkən uşaqların xətalarına müdaxilə etmədən seyr edə bilməsidir. Valideyn bilməlidir ki uşaqların doğru və yanlışa dair bilikləri məhduddur. Onların etdikləri xətaları təbəssümlə qarşılamaq yoldan çıxmalarına səbəb olmaz. Əksinə bu xətakara bu səhvləri qarşısında ona verilən fürsətin dəyrini hiss etdirər. Cəzalandırılarsa isə həmin xətanı etmkədən qorxsa da əksi olan doğrunu necə edəcəyinə dair biliksiz olar və istəmədən eybi xətaya qayıdar.
Normal bir ruhla dünyaya gələn uşağın həyata dair təcrübələri olmur. Uşağın ehtiyac anında ona rəhbərlik edən valideyn yardım etdikcə bu təcrübəni öyrədir. Ehtiyacı olmadan edilən yardım uşağı həyatda yaşamağa hazırlamaz əksinə özündə yarana biləcək bacarıqların qarşısını alar.
Uşaq içərisində yaşamaq sevinci olduqda özünü ifadə etməyi bacarar, düşüncələrini ortaya qoyar, dostluq qurar. Onun ümidi tükəndikcə yaşama sevinci tükənər. Bir uşaq öncəki günü istədiyi kimi yaşamasa və ya nə qədər çətin yaşasa da bunu unudub, sonrakı günün sevincini içində hiss edib yaşaya bilər. Ona görə də böyüklərdən fərqli olaraq onların yaşamaq sevinci tükənməz. Amma tükənərsə bərpa edilməsi çətin olar. Ümidin tükənmə səbəbi isə ümid etdikləri şeylərin həyata keçməməsini addım addım hiss etmələri olar. Böyüklərin üzərinə düşən övladlarının ümidlərinin tükənməsinə imkan verməməkdir. Bilin ki hətta bir uşağa fiziki bir şiddət göstərilərsə o şiddətin ağrısından deyil, güvəndiyi validynə qarşı ümidin itməsindən ağlayar.