20 Yanvar günündə qardaş Türkiyənin TRT1 Haber kanalında Azərbaycandan özəl proqram hazırlandı. TRT1 kanalı ölkədə milli mənəvi , vətənpərvərlik və islam ruhunda kitab nəşr edən tək nəşriyyat olaraq Ting nəşriyyatını seçdi. Nəşriyyatın direktoru uşaq kitabları yazarı Çinarə Köçərlinin həyat və yaradıcılığı haqqında özəl, 1 saatlıq film çəkib yayımladı. Müəllifin milli , türkçülüyün, islamın təbliğatı ilə bağlı uşaq kitablarının yazılma məqsədi haqqında geniş danışıldı. Veriliş TRTHaber kanalında yayımlanıb həm qardaş Türkiyədə , həm də ölkəmizdə rəğbətlə qarşılandı. “Ömür dediğin” adlı proqramda Çinarə Köçərlinin uşaqlıq xatirələri, ailəsi, təhsili, hal hazırkı fəaliyyəti, Ting nəşriyyatının nəşrləri haqqında geniş danışıldı. Həm müəllifin evindən, həm ofisindən kadrlar film şəklində təqdim edildi.