Vətən

Vətən

Hətta heyvanlar və quşlar da vətən hissi ilə yaşayırlar. Görürsən ki, fəsillər dəyişəndə bu canlılar öz vətənlərinə qayıdırlar.

İnsan özündə olan vətən sevgisinə görə ölkəsini, vətənini müdafiə edir. Əsrlər boyu tarixin yaddaşına həkk olmuş qanlı müharibələr zamanı insanlar əsasən vətən sevgisinə görə öz ölkələrini müdafiə ediblər.

Bu məqam o qədər yüksək məqamdır ki, şəhid olanlar sorğu-sualsız cənnətə daxil olacaqlar.

Vətənimizin hər bir qarış torpağı şəhid qanı ilə sulanmışdır. Vətən uğrunda ölənlər şəhid, yaralananlar qazidir. Vətən uğrunda şəhadət şərbəti içənlər əsla ölü deyillər.

Millət olaraq varlığımızı qorumağın maddi mənəvi yüksəlməyin yeganə yolunun mill birlik olduğunu unutmamalıyıq. Əcdadlarımızın bizə əmanəti olan bu Vətəni qorumalı, bizdən sonrakı nəsillərə miras qoymalıyıq!

Vətən sərhəddən başlanır. Vətən məndən, səndən, ondan başlanır. Demək, sərhəd dedikdə, mən, sən, o nəzərdə tutulur. Yəni Azərbaycan torpağının üzərinə səpələnən hər bir azərbaycanlı bu torpağın düşmən çəpəri və yaxud sərhədinin keşiyində duran şanlı əsgəridir.

Millətlərin yurd edib azad həyat sürmələri üçün uğrunda mücadələ etdikləri torpağa Vətən deyilir.

Atalarımız dünyanın ən bərəktli torpaqlarını vətən olaraq seçmiş və bizə əmanət etmişlər. Bu müqəddəs torpaqları düşmənə çeynətməmək üçün qəhrəmanca savaşmış, canlarını sevə-sevə vermişlər . Hər qarış torpağı şəhid qanları ilə sulanan vətənimizin qiymətini layiqincə bilməyimiz gərəkdir!

Basdığın yerləri torpaq deyərək keçmə tanı!

Düşün altındakı minlərcə kəfənsiz yatanı!

Sən şəhid oğlusan incitmə yazıqdır atanı!

Vermə dünyaları alsan da, bu cənnət vətəni!

Vətəni sevmək vətəni düşmənlərdən qorumaq üçün vuruşmaq uörunda canımızı sevə sevə vermək müqəddəs borcdur. Vətən sevgisi onu sadəcə qorumaq deyil. Yurdumuzun inkişafı millətin yüksəlməsi üçün çalışmaqdır.

Vətənini sevən, torpağın əkər, yolların qoruyar, meşələrini qoruyar, beləcə həm maddi həm mənəvi cəhətdən  onu yüksəldər!

Dualarımızada özümüzdən öncə ölkəmizin milllətimizin dincliyi üçün dua etmək, əsgərlərimiz üçün dua etməliyik! Bu gün rahat yaşadığımız üçün borclu olduğumuz əsgərlərimizə!

Bu Vətən torpağın qara bağrında sıra dağlar kimi duranlarındır!  Tarix boyunca özünü tarixə verənlərindir!

Vətən üçün qan, Dost  üçün göz yaşı, Ailə üçün tər tökülər.

Özümüzə pislik edən düşməni bağışlasaq da vətənə millətə pislik edənin pisliyi unutmamaq bağışlamamaq lazımdır.

Ana kimi yar, Vətən kimi diyar olmaz.

setcookie('viewedProd[' . $post->ID . ']', $post->ID, time()+3600);