Kitab 5-6 yaşlı uşaqların sadə riyazi təsəvvürlərini formalaşdırmaq məqsədi daşıyır. Kitabda bu yaşda uşaqların bilməsi mühüm olan anlayışlar, zaman, məkana bələdləşmə, ölçü vahidləri, sadə toplama və çıxma əməlləri, məntiqi tapşırıqlar, diqqət və yaddaşı inkişaf etdirmək üçün tapşırıqlar yer alır. Vəsait məktəbəqədər təlim və tərbiyə müəssisələrinin tərbiyəçiləri və valideynləri üçün nəzərdə tutulub.
5-6 yaşlı uşaqlar üçün nəzərdə tutulan bu kitab onları məktəb təliminə hazırlamağa imkan yaradır, məntiqi düşünmək və fikirlərini izah etmək, müqayisə etmək və ümumiləşdirmək, qruplaşdırmaq, araşdırmaq və digər məktəb təlimi üçün vacib olan bacarıqların aşılanmasına yardım edir.
64 səh. rəngli, şəkilliŞnəfis tərtibatlı.
Müəllif: Gülarə Rüstəmova