Dostluq

Dostluq

İnsan özünü dərk edən gündən əsl dostum kimdir sualına cavb axtarır. Bu suala verilmiş ən doğru cavab «Dost dar gündə tanınar!» cavabıdır. Dostunu göstər sənə kim olduğunu söyləyim! Həqiqətən hər kəs öz dostunun əxlaqındadır!. Hər kəs kimlə dostluq etdiyinə nəzər salsın. İnsan kiminlə oturub — dursa, onun hərəkətlərini, adətlərini, öyrənər və bu onun əməllərinə bilavasitə sirayət edər. Yaxşı dostla pis dostun məsəli ətirsatanla körükvuranın məsəlinə bənzəyir. Ətirsatana gəlincə ya o, sənə ətir bağışlar, ya sən ondan ətir alarsan, ya da ondan gözəl iy gəldiyini duyarsan. Körükvurana gəldikdə isə, ya o, sənin paltarını yandırar, ya da ondan pis iy gəldiyini duyarsan”.

Əsl dost -dostuna doğru şəkildə güzgü tutar onu nə olduğu dərəcədən aşağı salıb özgüvənini itirəcək qədər tənqid etməz və dili ilə əməlləri ilə incitməz, nə də olduğu dərəcədən artıq göstərib öz məqsədləri üçün tərifləməz. Dostunun özünü olduğu kimi görməsinə imkan yardar. Bununla da xətalarını düəltməkdə yardımçı olar.

Dost dar gündə tanınar. Bəzən elə dostlarımız var ki, bizlərdən çox- çox uzaqda olarlar hər gün görmərsən ama duaları ilə sevgiləri ilə yanımızda olarlar.

 Dost sənə hirsləndikdə, sənə acıqlı olsa belə qəlbini almasını biləndir. Əsl dost səni mənfəətsiz, məqsədsiz, ummadan sevəndir. Sənə sən olduğun üşçün dəyər verəndir. Əsl dost doğruları acı da olsa gözəl şəkildə  üzünə söyləyəndir». Başqası sənə söyləməzdən öncə. Onun tənbehi səni  sənə gələn bəladan qoruyar. Dostun vurduğu yer icitməz.

Əsl dost yanında olmayanda yoxuğunu hiss etdiyindir. O olmasa sanki bir yanın əksik qalar. Ona görə də əsl dostun sayı az olur. Əsl dost xətanı deyərkən səni əzməyə, ruhuna  kompleks verməyə çalışmaz».  Haqqın çatdığında gəlib səni tərifləyər ən əsas isə olmadığın ortamlarda könül rahatlığı ilə edər bunu

Qarşılıqsız sevməyi bacaran bizlərə daima sevdiyini söyləyən dostlarımız olsun.

Pis insanlarla dostluq edən kəs onların əhatəsində özünü, dilini , qulağını nə qədər qorusa da, yenə də xəta edər. 

Dost dostun  aynasıdır. Onda eyib gördüyü zaman onu düzəldər.

Xətaları düzəltmək acılamaq, vurmaq, söymək, təhqir etmək kimi yanlış yollarla deyil, gözəl tərzdə nəsihət etməklə olmalıdır. Çünki nəsihətçi sərt olmaqla qarşıdakı insanda nifrət yaradar, hətta dediyi nəsihət haqq olsa belə, onun nəsihəti qəbul olunmaz. Əsl dost gizlədər və düzgün nəsihət edər. Dost olmayan isə təhriq edər, onu yayar.

 Gizlində nəsihət edən kəs ona düzgün nəsihət etmiş və gözəlləşdirmiş, hamının qarşısında nəsihət edən isə onu alçaltmış, təhqir etmiş olur.

Xoş günün dostu əlbəttə çox olar . Əsl dost uzaq səfərdə və çətinlikdə tanınar. Dostda digərinə kömək etmək hissinin olması onun öz dostunu əvəzsiz sevməsinin təcəssümüdür.

Təvazökarlıq dostluğu möhkəmləndirdiyi kimi, lovğalıq da onu aradan qaldırır. Çünki dostlar  arasında təkəbbürlü olmaq zülmə, nifrətə, düşmənçiliyə aparan yoldur. Əgər bir kəsə dostu barədə xoşagəlməz xəbər çatarsa, ona üzr qazandırmağa çalışmalı, üzr tapa bilmədiyi halda isə bunun haqqında məlumatsız olduğunu zənn etməlidir. «Yəqin, onun üzürü var mən bilmirəm», deməlidir.
Xeyirli və davamlı dostluğu qorumaq üçün insanlardan gözəl əxlaqın olması lazımdır. Əxlaqı olan kəs hər bir vəziyyətdə və məqamda öz dostuna lazımı tərzdə dəyər verməklə yanaşı, hər hansı bir xətasını gördükdə etdiyi yaxşılıqları unutmaz və rəftarında onun yaşını və cəmiyyətdə dərəcəsini nəzərə alaraq ədəbini qoruyar.

Dostunun qeybətini eşidən kəs qeybət edənə hirslənərək onun bu əməlinin qarşısını almalıdır. Dili ilə onu susdura bilmədikdə o məclisi tərk etməlidir. Kimin yanında bir dostunun qeybəti edilər və o da onun tərəfini saxlamalıdır.

Elə anlar gələr ki bütün yıxılmaz qalalr üstünə yıxılar. Yaralarını gizlətmək istəyərsən. Amma bir dostun bunu bilər və sənə yaxınlaşar təsəlli edər yanında olar. Həmin an sənin yanında olan hər kəs gözündə qəhrəman olar. Diqqətli ol!

Bil ki Bir Tək dostun vardır! O Dostun ki, heç zaman səni tərk etməyən, sən xəbrəsiz olduğun, sənə qrşı yönəlmiş hiylələri bilib onu dəf etməyə qadir olan səni səndən yaxşı bilən, səni dostundan da,  hətta anandan da çox sevən, daima utanmadan yönələ biləcəyin dostun vardır. Bu Duanla yönəldiyin Yaradandır!

setcookie('viewedProd[' . $post->ID . ']', $post->ID, time()+3600);