Ting.az veb saytına xoş gəlmisiniz!

SƏHABƏLƏR I CİLD

Tarixi, maraqlı əsər olan Səhabələr Kitabı I və II cild olmaqla 40 səhabənin həyatından bəhs edir. I cilddə 18, Il cilddə 22 səhabənin ( həm kişi, həm qadın olmaqla) doğumundan ölümünə qədər həyat yolu, İslam uğrunda faydalı və xeyirxah əməlləri yer almışdır. Hər səhabənin həyatına keçid səhifəsində həyatındakı önəmli hadisə barədə mətn və maraqlı illüstrasiya verilmişdir. Hər səhabənin həyatı bitdikdə isə ayrıca Fəzilət səhifəsində dəqiq mənbələrə əsaslanan fəzilət hədisləri verilmişdir. Rəngli, nəfis tərtibatlı hər biri 204 səhifə olan kitablar (14+) oxucular üçün nəzərdə tutulduğundan şəkilləri çox az olmaqla mətnlərə böyük yer verilmişdir.
Birinci cild olaraq nəzərdə tutulan kitabda ilk sıralarda peyğəmbərin (Allahın salavat və salamı olsun) sağlığında cənnətlə müjdələdiyi on səhabə yer almışdır. Necə ki, o, demişdir: “Əbu Bəkr (Allah ondan razı olsun) cənnətlikdir; Ömər (Allah ondan razı olsun) cənnətlikdir; Osman (Allah ondan razı olsun) cənnətlikdir; Əli (Allah ondan razı olsun) cənnətlikdir; Talhə (Allah ondan razı olsun) cənnətlikdir; Zubeyr (Allah ondan razı olsun)  cənnətlikdir; Abdurrəhman ibn Auf (Allah ondan razı olsun) cənnətlikdir; Səd ibn Əbi Vəqqas (Allah ondan razı olsun)  cənnətlikdir; Səid ibn Zeyd (Allah ondan razı olsun) cənnətlikdir; Əbu Ubeydə ibn əl-Cərrah (Allah ondan razı olsun) cənnətlikdir”.

(Tirmizi, 5/647-648, “Səhihul-Cami”, 50)

setcookie('viewedProd[' . $post->ID . ']', $post->ID, time()+3600);