İngilis və Azərbaycan dilində Kitab- Gənc qızlara tövsiyə. Müəllif: Sənubər Zahidqızı. 112 səh.
Dəyərli oxucu! Bu kitabda oxuyacağın hekayə xəyal məhsulu deyil, gerçək həyatdan süzülüb gəlmiş bir qızın səsidir. Onun da arzuları, istəkləri vardı. Amma səsi eşidilmədi, istəmədən evləndirildi, körpə anası oldu.
“Səbrli ol, düzələr” deyilərək susduruldu və sonda özü də sükutun ən dərin yolunu seçdi.
Bu hekayənin içində isə başqa bir qızın – onun rəfiqəsinində taleyi var. Onun ətrafı isə sevgi, qayğı və sevdiklərinin dəstəyi ilə əhatə olunmuşdu. Ailəsi onun səsini dinlədi, qanadlarını sındırmadı. O da öz arzularını gerçəkləşdirdi.
Bu kitab onların hər ikisinin səsini daşıyır. Bir tərəfdə ümidsizliyin acı fəryadı, digər tərəfdə isə arzunun xoş nəğməsinin səsi var.
Ürəkdən istəyirəm ki, oxucular bu sətirlərdə təkcə bir faciəni yox, yolun sonundakı ümid işığını da görə bilsinlər. Bu ümidin sayəsində gələcəkdə heç bir qızın taleyi belə nakam bitməsin.
Əziz valideynlər, qızlarınızı dinləyin, onlara elm almaqda dəstək olun, ədəb və əxlaq öyrədin, arzularına qanad taxın. Bu saydıqlarımı edərkən isə onları sevgi və qayğınız ilə əhatə etməyi unutmayın.
Müəllif: Sənubər Zahidqızı.
Qeyd: Arxa üzdə yerləşən QR kodu vasitəsilə hekayəni həm Azərbaycan, həm də İngilis dilində səsləndirilmiş şəkildə
dinləyə bilərsiniz.

