YENİ KİTAB!-KIDDY CAMP

Əziz oxucular və dəyərli valideynlər,
Əlinizdə tutduğunuz Kıddy Camp – My Storybook kitabı uşaqların ingilis dilini daha yaxşı mənimsəməsi, lüğət ehtiyatını zənginləşdirməsi və dil bacarıqlarını inkişaf etdirməsi məqsədilə hazırlanmışdır. Bu kitab yalnız öyrədici deyil, həmçinin uşaqların psixoloji və pedaqoji inkişafını nəzərə alan dəyərli bir vasitədir. Kitabı hazırlayarkən əsas məqsədim öyrənmə prosesini uşaqlar üçün əyləncəli və mənalı etmək olub. Hekayələr vasitəsilə onların düşünmə və ifadəetmə bacarıqlarını inkişaf etdirməklə yanaşı, xeyirxahlıq, özünəinam və sosial bacarıqları da aşılamayı hədəfləmişəm. Mən inanıram ki, uşaqlar yalnız biliklə deyil, həm də güclü mənəvi dəyərlərlə böyüməlidirlər.Kiddy Camp – My Storybook həm müəllimlər, həm valideynlər, həm də balaca oxucular üçün faydalı bir bələdçi ola bilər. Ümid edirəm ki, bu kitab uşaqların öyrənmək sevincini artıracaq, onları ruhlandıracaq və təhsil yolunda dəyərli bir addım olacaq.

Sevgi və ümidlə,
Günel Hikmətqızı

setcookie('viewedProd[' . $post->ID . ']', $post->ID, time()+3600);